Ukrayna qüvvələrində Qara dənizdə rus donanmasının gəmisini vurduqlarını və nəticədə gəminin sıradan çıxdığını bildirirlər
Ukraynanın Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlısı bildirir ki, Ukrayna qüvvələri Qara dənizdə rus donanmasının gəmisini vurub, nəticədə gəmi sıradan çıxıb.
Ukrayna Müdafiə Nazirliyi bəyan edir ki, onlar Ukrayna istehsalı olan döyüş dronu ilə Novorossiysk yaxınlığında dəqiq zərbə endiriblər və rus gəmisinin elektron kəşfiyyat avadanlığını məhv ediblər.
Onların məlumatına əsasən, qeyd olunan gəmini bərpa etmək Rusiyaya çox baha başa gələcək.
Ukrayna mediası yazır ki, hava zərbəsi zamanı dəyəri 60 milyon dollar olan MPSV07 tipli çoxfunksiyalı gəmi radioelektron kəşfiyyat aparırmış. Onlar, Rusiyanın ümumilikdə 4 belə gəmisinin olması haqda məlumat verirlər.