Ukrayna qüvvələri Voronejdə “Wildberries”in logistika mərkəzinə pilotsuz uçuş aparatları ilə zərbə endirib. Hücum nəticəsində güclü partlayış baş verib və yanğın başlayıb
Ukrayna qüvvələri Voronejdə “Wildberries” şirkətinin logistika mərkəzinə dronlarla hücum edib. Nəticədə güclü partlayış baş verib və yanğın qeydə alınıb.
Son dövrlərdə “Wildberries” şirkətinin anbarlarına hücumların artdığı bildirilir. Bundan əvvəl də Ukrayna dronlarının hədəfi şirkətin Krasnodar və Stavropol bölgələrində, Moskva və Tambov vilayətlərində yerləşən logistika mərkəzləri olub.
Gecə saatlarında Ukrayna qüvvələri həmçinin Ulyanovsk vilayətində və Tuymazı şəhərində yerləşən neft emalı zavodlarına hücum edib.
Rusiyanın Ulyanovsk vilayətinin Novospasskoye rayonunda yerləşən NS neft emalı zavodunda güclü yanğın baş verdiyi bildirilir.