Ukrayna Fransadan “Mirage 2000” tipli qırıcılar alıb
Ukrayna Fransadan “Mirage 2000” tipli qırıcılar alıb.
Fransanın müdafiə naziri Sebastyan Lekorniunun bəyanatına əsasən, Fransada bir neçə ay ərzində hazırlıqdan keçmiş ukraynalı pilotlar indi Ukrayna səmasının qorunmasına cəlb olunacaqlar.
Fransanın müdafiə naziri Ukraynaya nə qədər hərbi təyyarənin aparıldığını dəqiqləşdirməyib.
2024-cü ilin iyunun 6-da Fransa Pprezidenti Emmanuel Makron Ukraynaya “Mirage 2000″ləri tədarük edəcəyini açıqladı.