Ukrayna Fransadan 2 milyard avro dəyərində hərbi yardım paketi alacaq
Ukrayna Fransadan 2 milyard avro dəyərində hərbi yardım paketi alacaq. Bu barədə Fransa Prezidenti Emmanuel Makron ukraynalı həmkarı Volodimir Zelenski ilə birgə keçirilən mətbuat konfransında bildirib.
“Ukraynaya hərbi yardımın yeni, 2 milyard avro dəyərində paketini elan etmək istərdim” – Makron bildirib.
Fransa Prezidenti yeni yardım paketinin ukraynalı hərbçilərin ilkin ehtiyaclarına uyğun olması gərəkdiyini deyib.
Paketə tank əleyhinə raketlər və pilotsuz təyyarələr daxildir.