Ukrayna Fövqəladə Hallar Xidməti – Kaxovka bəndinin uçması nəticəsində çayın cənubundakı yaşayış məntəqələrində suyun səviyyəsi tədricən yüksəlir
Ukrayna Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Kaxovka bəndinin uçması nəticəsində çayın cənubundakı yaşayış məntəqələrində suyun səviyyəsi tədricən yüksəlir. Elə onların məlumatına görə, 50-ə qədər məntəqəni su qismən və ya tamamilə basıb.
Xerson şəhərində suyun səviyyəsi beş metr yarımdır. Ukrayna hakimiyyətinin məlumatına görə, Dnepr çayının sağ sahilindən iki minə yaxın insan təxliyə ediıib, o cümlədən 103 uşaq. Xilasetmə xidmətinin nümayəndələri 300-ə yaxın insanı xilas ediblər.
İşğal olunmuş sol sahildən Rusiya qüvvələrinim dörd minə qədər insanın təxliyə etdiyi bildirir.