Ukrayna "F-16"ların təqaüdə çıxmış qərbli pilotlarını kirayəyə götürməyi planlaşdırır
Ukrayna "F-16"ların təqaüdə çıxmış qərbli pilotlarını kirayəyə götürməyi planlaşdırır

 
Ukrayna “F-16″ların təqaüdə çıxmış qərbli pilotlarını kirayəyə götürməyi planlaşdırır. Bu haqda Kiyevdə səfərdə olan və Ukraynanın Prezidenti Volodimir Zelenski ilə görüşən amerikalı senatorlar Lindsi Qrem və Riçard Blumental bildiriblər.

“Prezident Zelenski NATO ölkələrindən “F-16″ların sabiq pilotlarını kirayəyə götürmək proqramını yaratmaqla Ukraynanın Silahlı Qüvvələrini əlavə olaraq pilotlarla təmin etməyi planlaşdırdığını bildirdi. Biz bu səyi dəstəkləyirik” – senator Riçard Blumentalın veb saytında dərc olunmuş bəyanatda qeyd olunub.

Respublikaçı senator Lindsi Qrem Kiyevdə keçirilən brifinqdə bildirib ki, ukraynalı pilotlar hələ də “F-16″ları idarə etməyi öyrənərkən, qərbli pilotların kirayəyə götürülməsi ilə Ukrayna aviasiyası “F-16″ları daha tez döyüşə cəlb edə biləcək.