Ukrayna ərazisinə Rusiyanın növbəti hücumu səbəbindən Polşa aviasiyasını havaya qaldırıb. J̧eşuv və Lyublin hava limanları müvəqqəti olaraq bağlanıb
Ukrayna ərazisinə Rusiyanın növbəti hücumu səbəbindən Polşa aviasiyasını havaya qaldırıb, Jeşuv və Lyublin hava limanlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Yerli vaxtla təxminən saat 08:00-da Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı bildirib ki, Rusiyanın Ukrayna ərazisinə, əsasən ölkənin qərb bölgələrinə yönəlmiş hücumu səbəbindən Polşa aviasiyasını havaya qaldırıb.
Bir neçə rayonda, o cümlədən Ukrayna sərhədində yerləşən Pşemışl və Jeşuvda, eləcə də Lyublində hava həyəcanı elan olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində Lyublin və Jeşuv hava limanlarının fəaliyyəti də müvəqqəti olaraq dayandırılıb.
Bununla yanaşı, Ukrayna mediasının məlumatına görə, Rusiya gecə saatlarında Ukraynaya istiqamətində 80 pilotsuz uçuş aparatı göndərib.