Ukrayna dronları Rusiyada Rostov-na-Donu şəhərinin neft terminalını bombalayıblar

14:04, 10.10.2026

 

Gecə Ukrayna dronları Rusiyada Rostov-na-Donu şəhərindəki neft terminalına hücum ediblər. Zərbə yerində miqyaslı yanğın baş verib.

Regionun qubernatoru Yuri Sliusar regiona dronlarla hücum edildiyini və şəhərdə yanğın baş verdiyini təsdiqləyib.

Yayılan məlumata əsasən, dronlar Novoşaxtinsk neft emalı zavodunun neft yükləmə terminalını bombalayıblar. Zərər görmüş terminal Rostov-na-Donu şəhərinin Jeleznodorojni rayonunda yerləşir. O, neft məhsullarının ixrac üçün daşınması, Rusiya ordusunun yanacaqla təmin edilməsi və valyuta gəlirlərinin formalaşdırılması üçün istifadə olunur.

Obyektin layihə gücü ildə təxminən 2.5 milyon tondur. Neft terminalına bundan əvvəlki zərbə 2026-cı ilin iyulun 9-da endirilmişdi.

Bununla yanaşı, qubernator dəmir yolu körpüsünün zədələndiyini, bunun da hər iki istiqamətdə hərəkətin dayandırılmasına səbəb olduğunu açıqlayıb.

Oxşar