Ukrayna dronlar və raketlərlə “Rosneft”ə məxsus neft emalı zavoduna və Oryolda yerləşən “Proton” zavoduna zərbə endirib

14:02, 07.11.2026

 

Ukrayna pilotsuz uçuş aparatları ilə “Rosneft”ə məxsus Saratov neft emalı zavoduna hücum edib, Oryolda yerləşən “Proton” zavoduna isə raketlərlə zərbə endirib. Məlumatı rus mediası yayır.

Nəşrin məlumatına əsasən, Saratovda mülki infrastruktur obyektləri zərər görüb. Saratov vilayətinin qubernatoru ilkin məlumata əsasən xəsarət alanların olduğunu bildirib.

Oryolda monitorinq kanalları güman edirlər ki, şəhərə “FP-5 Flamingo” tipli qanadlı raketlərlə hücum olunub. Rostovda isə “Almaz” zavodunun yaxınlığında yerləşən yağlar və polimer materiallar anbarında yanğın baş verib. Alov təxminən 8 000 kvadratmetr sahəyə yayılıb. Yanğının söndürülməsində 85 nəfər canlı qüvvə və 26 ədəd texnika iştirak edirdi.

Sonradan yanğını lokallaşdırmaq mümkün olub. Rusiya Müdafiə Nazirliyinin bəyanatına əsasən, gecə ərzində Bryansk, Belqorod, Voronej, Kursk, Lipetsk, Oryol, Rostov, Saratov, Samara və Tula vilayətlərinin, eləcə də Krımın ərazisində, Azov və Qara dənizləri üzərində ümumilikdə 411 Ukrayna pilotsuz uçuş aparatı vurulub.

Oxşar