Ukrayna dron istehsalında iştirak edən rus, belarus və çin şirkətlərinə sanksiya tətbiq etdi
Ukrayna dron istehsalında iştirak edən rus, belarus və çin şirkətlərinə sanksiya tətbiq etdi

Ukrayna dron istehsalında iştirak edən rus, belarus və çin şirkətlərinə sanksiya tətbiq edib. Müvafiq sərəncamı Ukrayna prezidenti Volodimir Zelenski, Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı əsasında imzalayıb.

Məhdudiyyətlər Rusiyanın 39 vətəndaşına, həmçinin 55 rus, belarus və çin şirkətinə tətbiq olunub. Onlardan 10-u çin, 2-si isə belarus şirkətidir ki, bunlar Rusiyaya ikili təyinatlı texnologiyalar təchiz edirlər.

Sanksiyalar Rusiyanın hərbi-sənaye kompleksinə yönəlib və süni intellektdən istifadə etməklə dron istehsalçılarına və onların təchizatçılarına qarşı tətbiq olunur. Sanksiya siyahısına çin və belarusdan elektron məhsul tədarük edən şirkətlər, dron istehsalı ilə məşğul olan rus şirkətləri daxildir. Məhdudiyyətlər həmçinin müdafiə sahəsi ilə əlaqəsi olan Rusiya vətəndaşlarına da şamil edilib.