Ukrayna Daxili İşlər naziri bəyan edir ki, Buçada qurbanların sayının hesablanmasına daha iki həftə lazım gələcək
Ukrayna Daxili İşlər naziri, Denis Monastirski bəyan edir ki, Buçada qurbanların sayının hesablanmasına daha iki həftə lazım gələcək. Onun dediyinə görə, Kiyev diyarında dağlntıların və evlərin yoxlanılması həyata keçirilir, burada da yenə ölülər tapırlar.
“Buna ən azından daha iki həftə lazım gələcək və bu yalnız birinci mərhələ olacaq. Yalnız bundan sonra bu məntəqələrdə ölənlərin ilk sayını deyə biləcəyik”, – Ukrayna Daxili İşlər naziri bəyan etdi.
Monastirski qeyd etdi ki, müharibə başlayandan bəri milli polis Rusiyanın müharibə qanunlarını pozması ilə bağlı 4200-dən çox iş açıb.
Onun sözlərinə görə, eyni zamanda, Kiyev vilayətində Fövqəladə Hallar Xidmətinin 17 pirotexniki qrupu işləyir və onlar son 24 saat ərzində 6500-dən çox partlayıcı obyekt aşkar etdilər.