Ukrayna bəzi bölgələrdə əks-hücumdan sonra, avqustun sonunda Rusiya ilə sülh danışıqlarını bərpa edə biləcək
Ukrayna bəzi bölgələrdə əks-hücumdan sonra, avqustun sonunda Rusiya ilə sülh danışıqlarını bərpa edə biləcək.
Ukrayna mediasının məlumatına görə, bu barədə Rusiya ilə danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamiya bəyan etdi.
“Biz planlarımızı ruslarla bölüşmək istəmirik, çünki onlar bunu açıq mənbədə görürlər, amma düşünürəm ki, bəzi yerlərdə əks-hücum əməliyyatları keçirəcəyik”, – Araxamiya qeyd etdi.
Onun dediyinə görə, hazırda Ukrayna danışıqları bərpa etmək imkanını nəzərdən keçirmir. Ən azı öz qüvvələrini gücləndirənə və Rusiya qüvvələri fevralın 24-dək tutduqları mövqelərə qayıtmayana qədər.
“İstanbulda təklif etdiyimiz kimi istənilən siyasi razılaşmanı nəzərdən keçirə bilərik. Məsələn, biz bir neçə il Krım məsələsinə toxunmayacağıq. Biz bunu hərbi yolla etmirik, amma diplomatik və siyasi yolla edirik”, – Araxamiya bəyan etdi.