Ukrayna Başqırdıstanın Ufa şəhərində neft emalı zavoduna hücum edib
Ukrayna Başqırdıstanın Ufa şəhərində yerləşən neft emalı zavoduna hücum edib.
Medianın məlumatına əsasən, hücumdan sonra ərazidə yanğın baş verib. Yerli sakinlər, hücumun hədəfinin iki ayrı sənaye obyekti olduğunu bildiriblər.
Medianın yazdığı kimi, zərbələr ehtimal ki, yan-yana yerləşən “Bashneft-UNPZ” və “Bashneft-Novoil” neft emalı zavodlarına endirilib.
Zavodlar “Avro-6” standartlı benzin, dizel yanacağı, aviasiya nefti və sənaye yağları istehsal edirlər.