Ukrayna Baş Qərargahının məlumatına görə, son gün ərzində Rusiyanın mülki obyektləri bombalaması nəticəsində 50-dən çox yaşayış məntəqəsinə ziyan dəydi
Rusiya işğalçı qüvvələri Ukraynanın şəhər və qəsəbələrini bombalamağa davam etdirir.
Ukrayna Baş Qərargahının məlumatına görə, son gün ərzində Rusiyanın mülki obyektləri bombalaması nəticəsində 50-dən çox yaşayış məntəqəsinə ziyan dəydi.
Rusiya hərbçilərinin Odessa vilayətinə də hücum etdiyi bildirilir. Sənaye infrastrukturuna və elektrik stansiyasına ziyan dəyib. Ukrayna hərbi birləşmələri Donetsk vilayətinin Liman şəhərini faktiki olaraq mühasirəyə alıblar. “Müharibə Araşdırmaları İnstitutu”-nun proqnozuna görə, Ukrayna ordusu Limanı 72 saata alacaq.