Ukrayna Baş Qərargahının məlumatına görə, Rusiya işğalçı qüvvələri son gün ərzində dörd hava və 15 raket zərbəsi endirdilər

14:03, 19.02.2023

Rusiya işğalçı qüvvələri son gün ərzində dörd hava və 15 raket zərbəsi endirdilər. Ukrayna mediası Ukrayna Ordusunun Baş Qərargahına əsaslanaraq məlumat yayır.

Elə onlarən məlumatına görə, Rusiya hərbçilərinin bombardmanının hədəfinə Xmelnitski, Dnepropetrovsk, Donetsk və Xerson vilayətlərinin mülki infrastrukturu çevrildi.

Paralel olaraq, Rusiya işğalçı qüvvələri Ukraynada mülki obyektlərə və hərbi mövqelərə 50 dəfə atəş açdılar. Rus qoşunları Nikopolu ağır artilleriya ilə bombaladılar. Nəticədə on çoxmərtəbəli binaya ziyan dəydi.

Eyni zamanda, Ukrayna aviasiyası rus qoşunlarının cəmləşdiyi yerlərə altı zərbə endirdi. Ukrayna raket qüvvələri və artilleriyası da düşmən canlı qüvvəsinin cəmləşdiyi zonalarından birini vurdu.

Oxşar