Ukrayna Baş Qərargahının məlumatına görə, ötən gün ərzində Rusiya qüvvələri Ukrayna ərazisinə 10 raket və 29 hava zərbəsi endirdilər
Ötən gün ərzində Rusiya qüvvələri Ukrayna ərazisinə 10 raket və 29 hava zərbəsi endirdilər.
Ukrayna Ordusunun Baş Qərargahının məlumatına görə, rus hərbçiləri mülki obyektlər və hərbi mövqelər istiqamətində reaktiv yaylım atəşi sistemlərindən 69 dəfə atəş açdılar.
Ukrayna Ordusunun Baş Qərargahının məruzəsinə uyğun olaraq, Rusiya işğalçı qüvvələri Ukraynaya hücumlarını beş istiqamətdə davam etdirirlər. Rusiya hərbi birləşmələri Kupyansk, Liman, Baxmutş, Avdeevka və Şaxtyorda Ukraynanın müdafiə xəttini yarmağa çalışırlar.
Son 24 saat ərzində Ukrayna hərbçiləri Donetsk, Luqansk və Xarkov vilayətlərinin 20 yaşayış məntəqəsində Rusiyanın hücumunu dəf etdilər.