Ukrayna Baş Qərargahının məlumatına görə, ötən gün ərzində dörd istiqamət üzrə Rusiyanın 60-dan çox hücumunun qarşısını aldılar
Ötən gün ərzində Ukrayna silahlı qüvvələri dörd istiqamət üzrə Rusiyanın 60-dan çox hücumunun qarşısını aldılar. Məlumatı Ukrayna mediası ölkə Baş Qərargahına istinadən yayır.
Elə onların məlumatına görə, rus qüvvələri beş raket və 25 aviasiya zərbəsi endirdilər, eləcə də 34 dəfə reaktiv sistemlərindən atəş açdılar.
Ukrayna tərəfinin bəyanatına görə, düşmənin əsas səyləri Liman, Baxmut, Avdeevka və Mariinski istiqamətlərində səfərbər olunub. Sumi və Xarkov vilayəti bombalandı, birada bir nəfər həlak oldu və biri yaralandı.