Ukrayna Baş Qərargahının məlumatına görə, intensiv döyüşlərin davam etdiyi Severodonetskdə Rusiya qüvvələri irəliləyə bilmirlər
Ukrayna Baş Qərargahının məlumatına görə, intensiv döyüşlərin davam etdiyi Severodonetskdə Rusiya qüvvələri irəliləyə bilmirlər

Ukrayna ordusunun döyüşçüləri Rusiya İşğal Qüvvələrinin 11-ci motoatıcı legionunun bölmələrini darmadağın etdilər, hansılar da döyüş meydanını tərk etdilər. Məlumatı Ukrayna mediası ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən yayır.

Baş Qərargahın məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri Rusiyanın Slavyanska hərbi hücumunu dayandırmaq üçün İzium istiqamətində əks hücuma keçirlər. Ukrayna əsgərləri həmçinin Rusiya ordusu hissələrinin təchizat yollarını dağıtmağa çalışırlar.

İntensiv döyüşlərin davam etdiyi Severodonetskdə Rusiya qüvvələri irəliləyə bilmirlər. Rusiya hərbçiləri Ukrayna ordusunun mövqelərini artilleriya və atəş sistemləri ilə bombalayırlar. Mülki infrastruktur Rusiyanın bombardmanının hədəfinə çevrildi. Ötən gecə Rusiya hərbçiləri Odessa bölgəsinə “oniks” tipli raketlərlə hücum etdi. İşğal altında olan Krım sahillərindən atılan hər iki raket Ukraynanın hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirildi.