Ukrayna Baş Qərargahında Vladimer Putin tərəfindən elan edilmiş atəşkəs başlayandan bəri Rusiya ordusunun cəbhə xəttində 100-dən çox hücum həyata keçirdiyini bildirirlər
Ukrayna Baş Qərargahında Vladimer Putin tərəfindən elan edilmiş atəşkəs başlayandan bəri Rusiya ordusunun cəbhə xəttində 100-dən çox hücum həyata keçirdiyini bildirirlər

 

Rusiya Prezidenti Vladimer Putin tərəfindən elan edilmiş atəşkəs başlayandan bəri Rusiya ordusu cəbhə xətti boyunca hücum əməliyyatlarını davam etdirir, 117 döyüş toqquşması baş verib – bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən dərc edilmiş gündəlik hesabatda deyilir.

Baş Qərargahın məlumatına əsasən, ən çox – 41 toqquşma Pokrovski istiqamətində baş verib. Rusiya qüvvələri Liman istiqamətində 17 dəfə hücuma keçiblər.

Hesabata əsasən, Ukrayna qüvvələri Xarkov istiqamətində təcavüzkarın iki hücumunu dəf edib, daha bir hərbi toqquşma isə davam edir.

Həmçinin, Rusiya ordusu Kupyansk, Kramatorsk, Toretsk və digər istiqamətlərdə hücum edirdi. Rusiyanın Kursk vilayətində isə ukraynalılar rus hərbçilərin 7 hücumunu dəf ediblər.

Məlumat üçün bildirək ki, Vladimer Putin İkinci Dünya Müharibəsində qələbənin 80-ci ildönümü ilə əlaqədar mayın 8-dən 11-dək Ukraynada atəşkəs elan edib.