Ukrayna Baş Qərargahında bəyan edirlər ki, Kaxovka bəndinin partlamasından sonra təxliyə edilən insanları hərbçilərin yerləşdiyi binalara aparırlar

10:21, 09.06.2023

Kaxovka SES-in bəndinin partlamasından sonra Xersonun işğal olunmuş hissəsindən təxliyə edilən insanlar Rusiya təhlükəsizlik qüvvələri tərəfindən hərbçilərin yerləşdiyi həmin binalara aparılır. Bu barədə məlumatı Ukrayna Baş Qərargahı yayır.

“Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazisinin yaşayış məntəqələrində rus işğalçıları cinayətdən öz məqsədləri üçün istifadə etməkdə davam edirlər. Daha dəqiq olaraq, su basmış ərazilərdən təxliyə edilən insanlar artıq hərbi hissələrin yerləşdiyi pansionatlara və istirahət bazalarına yerləşdirilir”, – bəyanatda deyilir.

Ukrayna Baş Qərargahının məlumatına görə, ruslar dinc əhalidən “qalxan” kimi istifadə etmək istəyirlər.

Oxşar