Ukrayna Baş Qərargahı – Ukraynanın müdafiə qüvvələri Rusiyanın Samara vilayətində Novokuybışevsk neft emalı zavoduna zərbə endirib
Ukrayna Baş Qərargahı – Ukraynanın müdafiə qüvvələri Rusiyanın Samara vilayətində Novokuybışevsk neft emalı zavoduna zərbə endirib

Ukraynanın müdafiə qüvvələrinin bölmələri Rusiyanın Samara vilayətində yerləşən Novokuybışevsk neft emalı zavoduna zərbə endiriblər. Bu barədə məlumatı Ukrayna Baş Qərargahı yayıb. Zərərin miqyası məlum deyil.

Bundan əlavə, Ukrayna Baş Qərargahının məlumatına görə, hücum bölmələrdən birinə məxsus pilotsuz uçuş aparatlarının anbarına da həyata keçirilib. Həmçinin Ryazan şəhərində yerləşən neft emalı zavoduna hücumun nəticələri dəqiqləşdirilib – neft emalı qurğuları, neft məhsulları üçün rezervuar və boru kəmərləri zədələnib.

Xatırladaq ki, 15 noyabrda Rusiyanın Ryazan şəhərində Ukraynanın müdafiə qüvvələrinin bölmələri neft emalı zavoduna zərbə endirmişdi. Novokuybışevsk neft emalı zavodu illik 8.8 milyon ton emal gücünə malik bir müəssisədir.