Ukrayna Baş Qərargahı – Ukrayna ordusu Donbasda rus işğalçı qüvvələrinin hücumlarını 13 yaşayış məntəqəsi yaxınlığında dəf etdi

12:21, 09.01.2023

Ukrayna ordusu Donbasda rus işğalçı qüvvələrinin hücumlarını 13 yaşayış məntəqəsi yaxınlığında dəf etdi. Ukrayna Ordusunun Baş Qərargahının məlumatına görə, ötən gün ərzində Rusiya hərbçiləri 7 raket və 31 hava zərbəsi endirdi və reaktiv atəşi sistemlərindən 73 dəfə atəş açdı.

“Novopavlovsk, Zaporojye və Xerson istiqamətlərində rus əsgərləri əvvəllər işğal olunmuş xəttləri qoruyur və mövqelərin mühəndis avadanlıqlarını yenidən təchiz edirlər. Ukrayna Silahlı Qüvvələri düşmənin üç helikopterini və üç kəşfiyyat aparatını vurdular”, – Ukrayna Baş Qərargahının məlumatında deyilir.

Oxşar