Ukrayna Baş Qərargahı – Rusiya işğalçı qüvvələri Ukraynaya altı raket və 21 hava hücumu həyata keçirdilər

13:37, 05.11.2022

Ötən gün ərzində, Rusiya işğalçı qüvvələri Ukraynaya altı raket və 21 hava hücumu həyata keçirdilər. Bu barədə Ukrayna ordusunun Baş Qərargahının məlumatında deyilir.

Yayılan məlumatla, Rusiya hərbçiləri Ukrayna hərbi və mülki obyektlərinə atəş sistemləri ilə ən azı 60 dəfə hücum etdi.

Rus işğalçı qoşunlarının hədəfinə Lvov, Xarkov, Donetsk, Dnepropetrovsk, Zaporojye, Xerson, Nikolayev və Vinnitsa vilayətləri çevrildi. Bombalama nəticəsində Zaporojye vilayətində üç sənaye obyektinə ziyan dəydi. “Qrad” sistemi ilə rus hərbçiləri Nikopola 40 mərmi atdılar.

Son bir gündə Ukrayna ordusunun bölmələri Xerson və Nikolayev vilayətlərində Rusiya ordusuna məxsus iki “Ka-52” hərbi helikopterini və altı pilotsuz uçuş aparatını məhv etdilər. Ukrayna hərbçiləri Rusiya ordusu hissələrinin üç hərbi anbarını da bombaladılar.

Oxşar