Ukrayna Baş Qərargahı – Rusiya işğalçı qüvvələri son bir gün ərzində Ukraynaya qarşı 78 raket və 23 hava zərbəsi endidi, Kiyevin 70 faizinə elektrik enerjisi çatdırılmır

14:15, 24.11.2022

Rusiya işğalçı qüvvələri son bir gün ərzində Ukraynaya qarşı 78 raket və 23 hava zərbəsi endidi, Kiyevin 70 faizinə elektrik enerjisi çatdırılmır, – bu barədə məlumatı Ukrayna Baş Qərargahı yayır.

Ukrayna Ordusunun Baş Qərargahının məlumatına görə, Rusiya hərbçiləri Ukraynanın yaşayış məntəqələri və hərbi hissələrinin mövqelərinə reaktiv sistemlərindən 70 dəfə atəş açdı. İdarənin məlumatına görə, Rusiya hərbçiləri Kiyev, Vinnitsa, Lvov, Kirovoqrad, Zaporojye, Xarkov və Donetsk vilayətlərində yaşayış binalarına və enerji infrastrukturuna qarşı 67 qanadlı raket və 10 pilotsuz təyyarə buraxd.

Baş Qərargahın məlumatına görə, Ukrayna Müdafiə Qüvvələri 51 raket və 5 pilotsuz uçuş aparatını vurdu. Bununla yanaşı, elə onların məlumatına görə, ötən bir gün ərzində Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Donetsk vilayətinin Andreevka, Baxmut, Klişçievka, Krasnoqorovka, Marinka, Ozaryanovka, Opıtnoe və Yakovlevka yaşayış məntəqələrində rusların hücumlarını dəf etdilər.

Oxşar