Ukrayna Baş Qərargahı – Rusiya qüvvələri yalnız Baxmut istiqamətində hücum edirlər, Uqledar və Zaporojyedə isə, müdafiə mövqeyini saxlayırlar
Ukrayna Baş Qərargahının məlumatına görə, Rusiya qüvvələri hazırda yalnız bir istiqamətdə, Baxmut istiqamətində hücuma keçirlər. Uqledar və Zaporojye kimi digər istiqamətlərdə isə, müdafiə mövqeyini saxlayırlar.
İdarənin hesabatında qeyd edildiyi kimi, Rusiya qüvvələri Avdeyevkada taktiki vəziyyəti yaxşılaşdırmağa çalışır və ətraf yaşayış məntəqələri istiqamətində atəş açırlar.
Bununla yanaşı, Ukrayna Baş Qərargahının məlumatına görə, UkraynaSilahlı Qüvvələri Zaporojye vilayətində Rusiya qüvvələrinin yerləşdiyi bir neçə məntəqəyə hücumlar həyata keçirdi, nəticədə Rusiya tərəfi yüzə yaxın insan və beş hərbi texnikanı itirdi.