Ukrayna Baş Qərargahı – Rusiya qüvvələri Ukraynanın bölgələrində mülki obyektləri və yaşayış məntəqələrini bombaladı, Ukrayna ordusunun mövqelərinəisə, 13 hava zərbəsi endirdi

12:36, 03.12.2022

Rusiya işğalçı qüvvələri Ukraynanın bölgələrinə raket zərbələri endirdilər.

Ukrayna Ordusu Baş Qərargahının məlumatına görə, Rusiya hərbçiləri Dnepropetrovsk, Donetsk və Zaporojye vilayətlərində mülki obyektləri və yaşayış məntəqələrini bombaladılar.

Rusiya işğalçı qüvvələri ötən gün ərzində Ukrayna ordusunun mövqelərinə 13 hava zərbəsi endirdilər.

Eləcə də, Rusiya işğalçı qüvvələri təmas xətti boyunca Xerson, Antonovka və Ukrayna hərbçilərinin mövqelərinə raket sistemlərindən mülki infrastruktura 10-dan çox hücum etdilər.

Ukrayna Ordusunun Baş Qərargahının məlumatına görə, Rusiya əsas səylərini Limansk və Baxmut istiqamətlərində hücum əməliyyatlarının keçirilməsinə yönəltməyi davam etdirir.

Ukraynanın müdafiə qüvvələri Rusiya ordusunun hava hücumundan müdafiə sistemlərinin mövqelərini, sursat anbarlarını, eləcə də canlı qüvvənin cəmləşdiyi yerləri bombaladılar. Həmçinin Ukrayna aviasiyası şəxsi heyətin, silahların və hərbi texnikanın cəmləşdiyi əraziləri bombalandı.

Oxşar