Ukrayna Baş Qərargahı – Rusiya qüvvələri ötən gün-gecə ərzində 20 hava və üç raket zərbəsi həyata keçirdilər
Ukraynaya Rusiyanın geniş miqyaslı intervensiyasının başlamasın 346-cı günüdür.
Ukrayna Baş Qərargahının məlumatına görə, düşmən dörd istiqamətdə – Liman, Baxmut, Avdeevki və Novopavlovsk istiqamətində hücum həyata keçirir və böyük itkiyə məruz qalır. Bu barədə Baş Qərargahın gündəlik yekunlaşdırmasında deyilir.
Bugünki yekunlaşdırmada deyilir ki, Rusiya qüvvələri ötən gün-gecə ərzində 20 hava və üç raket zərbəsi həyata keçirdilər. Daha dəqiq olaraq, Xarkov və Mikolayev vilayətlərinin mülki infrastrukturlarına, dinc əhali arasında tələfat var; eləcə də 90 dəfə reaktiv sistemlərindən atəş açdılar.
Digər tərəfdən, Ukrayna müdafiə qüvvələri Rusiya qüvvələrinin cəmləşdiyi 10 əraziyə hücum edərək, düşmənin dörd pilotsuz təyyarəsini məhv etdi.