Ukrayna Baş Qərargahı – ötən gecə ərzində, Ukrayna hərbçiləri Rusiya qüvvələrinin hücumlarını 14 yaşayış məntəqəsi yaxınlığında dəf etdilər
Ukrayna hərbçiləri bəyan edilrər ki, Rusiya tərəfi Milad Bayramı üçün birtərəfli atəşkəs şərtini müdafiə etmir. Hərbçilərin dediyinə görə, atəş səsləri yenə də eşidilir, – bu barəə məlumatı “Reuters” agentliyi yayır.
Bununla yanaşı, Ukrayna Baş Qərargahının məlumatına görə, ötən gecə ərzində, Yalnız Donetsk və Luqansk vilayətlərində, Ukrayna müdafiə qüvvələri Rusiya qüvvələrinin hücumunu 14 yaşayış məntəqəsində dəf etməli oludular.
Elə onların məlumatına görə, əsas səylər Baxmuta yönəldilib. Həmçinin, işğalçı qüvvələrin 23 yaşayış məntəqəsi istiqamətində atəş açdığı şimal hissədə, Xarkov vilayətində, cənubda isə, Zaporojye tərəfdə hərbçilər hücumları dəf ediblər.