Ukrayna Baş Qərargahı: Kstovo şəhərində yerləşən “Lukoil” neft emalı zavoduna hücum həyata keçirilib

14:32, 02.07.2026

Ukrayna Baş Qərargahı: Kstovo şəhərində yerləşən “Lukoil” neft emalı zavoduna zərbə endirilib

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirir ki, ötən gecə Nijni Novqorod vilayətinin Kstovo şəhərində yerləşən “Lukoil” neft emalı zavoduna hücum həyata keçirilib.

Açıqlamada qeyd olunur ki, Ukrayna Müdafiə Qüvvələrinin bölmələri “Rusiya hərbi və iqtisadi potensialını azaltmaq məqsədilə Kstovoda (Nijni Novqorod vilayəti, Rusiya) yerləşən ‘Lukoil-Nijegorodneftəorgsintez’ neft emalı zavoduna zərbə endirib”.

Media məlumatlarına görə, hücumdan sonra müəssisədə yanğın baş verib.

“Lukoil-Nijegorodneftəorgsintez” Rusiyanın ən böyük neft emalı zavodlarından biri hesab olunur və onun layihə gücü ildə təxminən 17 milyon ton neft təşkil edir.

“Reuters” agentliyi yazır ki, Ukraynanın Rusiya hərbi və enerji obyektlərinə qarşı həyata keçirdiyi dron kampaniyası ölkədə yanacaq çatışmazlığına və təchizat zəncirində fasilələrə səbəb olub. Bildirilir ki, yanacaq qıtlığını Rusiya Prezidenti Vladimir Putin də etiraf edib.

Oxşar