Ukrayna Baş Prokurorunun bəyan etdiyinə görə, Rusiyanın hərbi cinayətləri üzrə 5600 cinayət işi başlanıb və 500 şübhəli artıq müəyyənləşdirilib
Son məlumatlara görə, Kiyev vilayətində Rusiyanın təcavüzü nəticəsində azı 1200 nəfər həlak olub. Bu barədə Ukraynanın baş prokuroru, İrina Venediktova “Skaynyus” nəşrinə müsahibəsində bəyan etdi.
“Bu səhərə olan məlumata görə, təkcə Kiyev vilayətində 1222 ölü saymışıq”, – Venediktova bəyan etdi.
Bununla yanaşı, onun bəyan etdiyinə görə, Rusiyanın hərbi cinayətləri üzrə 5600 cinayət işi başlanıb və 500 şübhəli artıq müəyyənləşdirilib.
Venediktovanın dediyinə görə, icraat həcmindən asılı olaraq fərqli olacaq.
“Bir halda bu, mülki şəxsin öldürülməsi və ya mülki infrastrukturun məhv edilməsi ola bilər. Başqa halda biz onlarla, yüzlərlə epizoddan danışa bilərik”, – deyə baş prokuror bəyan etdi.
Elə onun sözlərinə görə, Ukrayna hüquq-mühafizə orqanlarında bütün rayon və şəhərlərdə hərbi cinayətlərin törədilməsinə dair çoxlu konkret faktlar var. O, həmçinin qeyd edib ki, Mariupolda təkcə cinayətlərdən deyil, həm də bəşəriyyətə qarşı cinayətlərdən söhbət gedir.