Ukrayna Baş Prokurorluğu - müharibə başlayandan ruslar 24 mindən çox hərbi cinayət törədiblər
Baş Prokurorluğun məlumatına görə, müharibə başlayandan ruslar 24 mindən çox hərbi cinayət törədiblər. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti yazır.
Elə onların məlumatına görə, cəmi 24 208 hərbi cinayət qeydə alınıb, buradan 23 316-sı müharibə qanunlarının və adətlərinin pozulmasını, 73-ü təcavüzkar müharibənin planlaşdırılması, hazırlanması və aparılmasını, 21-i müharibə təbliğatını, 798-i isə müxtəlif cinayətləri əhatə edir.
Bununıa yanaşı, Baş Prokurorluqda qeyd edirlər ki, hərbi cinayətlərlə yanaşı, dövlət təhlükəsizliyi əleyhinə 11 mindən çox cinayət qeydə alınıb.