Ukrayna "Avroviziya 2023"-ə ev sahibliyi edə bilər və etməlidir, mən inanıram ki, Kiyev və ya hər hansı digər təhlükəsiz şəhər müsabiqə üçün fantastik yer olacaq
Böyük Britaniyanın baş naziri, Boris Consonun bəyan etdiyinə görə, Ukrayna “Avroviziya 2023”-ə ev sahibliyi edə bilər və etməlidir. Bu barədə məlumatı “Reuters” agentliyi yayır.
“Faktdır onlar qalib gəldilər və buna layiqdilər. İnanıram bunu edə bilərlər. İnanıram ki, Kiyev və ya hər hansı digər təhlükəsiz şəhər müsabiqə üçün fantastik yer olacaq. Müsabiqənin başlamasına qədər bir il qalıb və inanıram Ukraynalılar bunu alacaqlar”, – Conson bəyan etdi.
Avropa Yayımçılar Birliyi (EBU) dünən “Avroviziya 2023” ilə bağlı bəyanat yayaraq müsabiqənin gələn il Ukraynada keçirilməyəcəyini bəyan etdi. Bununıa yanaşı, qaydalara uyğun olaraq və tədbirin davamlılığını təmin etmək üçün EBU builki müsabiqənin ikinci yerin qalibi kimi BBC ilə danışıqlara başlayacaq, 2023-cü ildə Avroviziya Mahnı Müsabiqəsinin Böyük Britaniyada mümkün keçirilməsi ilə bağlı.
Eyni zamnada, Ukraynanın Mədəniyyət naziri bəyan etdi ki, Ukrayna “Avroviziya 2023”-ün başqa ölkədə keçirilməsi qərarından şikayəti edəcək.