Ukrayna Ali Radasının sədri – Ukrayna və Gürcüstanı yalnız strateji partnyorluq deyil, dost əlaqələri birləşdirir

23:46, 23.06.2021

Ukrayna Ali Radasının sədri, Dmitro Razumkov “tvitterdə” yazır ki,  Ukrayna və Gürcüstanı strateji partnyorluq və dost əlaqələri birləşdirir.

“Avropa İttifaqı və NATO-ya doğru yol, Parlamentlərarası əməkdaşlıq və siyasi dialoqun inkişafı Gürcüstan prezidenti ilə görüşdə əsas mövzular idi. Ölkələrimizi yalnız strateji partnyorluq deyil, dost əlaqələri birləşdirir”, – Razumkov yazır.

Onun bəyanatına Gürcüstan prezidenti, Salome Zurabişcili əks səda verdi.

“Həqiqətən, cənab sədr! Gəlin, bu səfər iki ölkə arasında Parlamentlərarası əlaqələrin yeni potensialının başlanğıcı olsun”, – Salome Zurabişvili yazır.

Oxşar