Ukrayna Ali Radası ölkənin yeni baş naziri vəzifəsinə Sergey Koretskinin namizədliyini təsdiqləyib
Ukrayna Ali Radası ölkənin yeni baş naziri vəzifəsinə Sergey Koretskinin namizədliyini təsdiqləyib.
Koretskinin namizədliyini 289 deputat dəstəkləyib, bir deputat əleyhinə səs verib, yeddi deputat isə bitərəf qalıb.
Koretski Rada qarşısında çıxışı zamanı bildirib ki, Ukraynanın yeni hökumətinin “müdafiə, iqtisadi inkişaf və Avropa inteqrasiyası hökuməti” olmasını istəyir. Onun sözlərinə görə, əvvəlki illərin qışları ilə müqayisədə qarşıdakı qışın Ukrayna üçün daha çətin ola biləcəyini anlayır.
Məlumat üçün bildirək ki, ötən həftənin sonunda Ukrayna Prezidenti Volodimir Zelenski yaxın vaxtlarda Ukraynada “yenilənmiş siyasi strategiyanın həyata keçirilməsini təmin edəcək kadr dəyişikliklərinin” başlayacağını açıqlamışdı. Onun sözlərinə görə, bunun üçün hökumətin yenilənməsi zəruridir.
14 iyulda Ukrayna Ali Radası Yuliya Sviridenkonun baş nazir vəzifəsindən istefasını dəstəkləyib. 16 iyulda isə Volodimir Zelenski parlamentə baş nazir vəzifəsinə Sergey Koretskinin namizədliyini təqdim edib.