Ukrayna Ali Radası hərbi vəziyyətin və səfərbərliyin müddətini üç ay uzadıb
Ukrayna Ali Radası hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətini üç ay uzadıb.
Ukrayna qanunverici orqanının qərarına əsasən, hərbi vəziyyət 2027-ci il yanvarın 29-dək uzadılıb. Parlamentin 293 üzvü Prezidentin 16182 nömrəli qanun layihəsini dəstəkləyib. Bununla da “Ukraynada hərbi vəziyyətin müddətinin uzadılması haqqında” fərman təsdiqlənib. Parlamentin əvvəlki qərarına əsasən, hərbi vəziyyət oktyabrın 31-dək qüvvədə idi.
Parlament, həmçinin “Ukrayna Prezidentinin ümumi səfərbərliyin müddətinin uzadılması haqqında fərmanının təsdiq edilməsi barədə” qanun layihəsini də dəstəkləyib. Bu qərarla ümumi səfərbərliyin müddəti də 90 gün uzadılaraq gələn il yanvarın 29-dək müəyyən edilib. Qərarın lehinə parlamentin 234 üzvü səs verib.
Bu, Ukrayna parlamentində hərbi vəziyyətin və ümumi səfərbərliyin uzadılması ilə bağlı keçirilən 21-ci səsvermədir.