Ukrayna Aqrar Şurasının sədr müavini - Rusiyanın müqavilədən çıxacağı təqdirdə Türkiyə hərbi gəmiləri "Taxıl dəhlizi"ndəki gəmiləri müşaiyət edəcəklər
Ukrayna Aqrar Şurasının sədr müavini - Rusiyanın müqavilədən çıxacağı təqdirdə Türkiyə hərbi gəmiləri "Taxıl dəhlizi"ndəki gəmiləri müşaiyət edəcəklər

 

Rusiyanın müqavilədən çıxacağı təqdirdə Türkiyə hərbi gəmiləri “Taxıl dəhlizi”ndəki gəmiləri müşaiyət edəcəklər-bu barədə Ukrayna Aqrar Şurasının sədr müavini Denis Marçuk brifinqdə açıqlayıb.

Marçuk dəhlizin nə iyulda, nə də avqustda tam işləməyəcəyini, çünki danışıqlar vaxtının gələcəyini bildirib.

Ukrayna Aqrar Şurasının sədr müavini Ərdoğanın avqustda Putinlə görüşməyi planlaşdırdığını bildirib.

“Biz Türkiyədən öz dəniz qüvvələri ilə Bosfor dəhlizi boyunca keçidi təmin etməyə hazır olduqlarına dair təsdiq aldıq. Bu, həm də Ukrayna məhsullarının ixracı ilə bağlı müəyyən optimist baxışa gətirib çıxarır”-deyə Denis Marçuk qeyd edib.