Uxan şəhərində koronavirusa yoluxanlar üçün nəzərdə tutulumuş xəstəxanalardan birinin tikintisi başa çatdı
Çinin Uxan şəhərində koronavirusa yoluxanlar üçün nəzərdə tutulumuş xəstəxanalardan birinin tikintisi başa çatdı. Bu barədə məlumatı Çin televiziyası yayır.
Yayılan videomaterialda hospitalın tikinti prosesi əks olunub.
Xatırladaq ki, Çin hakimiyyəti Uxan şəhərində yeni xəstəxananın tikinti prosesini yanvarın 24-də başladı. Tibb müəssisəsi 1000 pasientə hesablanıb və işinə 3 fevraldan başlamalıdır.
Koronavirus ilə həlak olanların sayı 305-ə çatdı. Xəstəliyə yoluxanların sayı isə, 14 300-dür. Koronavirus dünyanın 25 ölkəsində qeydə alındı.