"Üçüncü qüvvənin" paytaxt merliyinə namizədi Tamar Kekenadze, Sakrebulo sədrliyinə namizədi isə, Serqo Çixladze olacaq
"Üçüncü qüvvənin" paytaxt merliyinə namizədi Tamar Kekenadze, Sakrebulo sədrliyinə namizədi isə, Serqo Çixladze olacaq

“Üçüncü qüvvə – Strategiya Ağmaşenebeli” siyasi platforması Tbilisi merliyinə və majoritarlığa namizədlərini təqdim etdi.

Partiyanın məlumatında qeyd olunur ki, Krtsanisi majoritarlığına namizəd David Tsekvava olacaq, İsanidə Teona Çaladze, Qldanidə Nana Toxvadze, Didubedə Otar Bağaturiya, Samqoridə Vaxtanq İaşvili, Mtasmindada İrakli Qoquadze, Vakedə Paata Çikovani, Çuğuretidə Avtandil Çartolani, Nadzaladevidə Zaza Kortxonciya olacaq.