Üçüncü gündür ki, Bolnisidə koronavirusa yeni yoluxma halı qeydə alınmayıb

11:54, 09.05.2020
Üçüncü gündür ki, Bolnisidə koronavirusa yeni yoluxma halı qeydə alınmayıb.
Dünən tədqiq olunmaq üçün göndərilən yeddi şəxsin nümunəsinin cavabı mənfi oldu.
Şəxslərdən dörd nəfər hərarət mərkəzinin pasiyenti, üçü isə məqsədli qrupun nümayəndəsi idi.
Altı may tarixindən sonra Bolnisidə koronavirusa yoluxma halı qeydə alınmayıb.
Bu vaxt üçün Bolnisidə 120 təsdiqlənmiş hal və 25 sağalan pasiyent var, üç nəfər dünyasını dəyişib, 285 nəfər özünü təcrid edib, 96 nəfər isə karantin rejimindədir.

 

Oxşar