Gürcüstan ortodoks kilsəsi əzəmətli Pasxa bayramını qeyd edir.
Tbilisidə, Üçlük kafedral məbədində Pasxa liturgiyası keçirilir və məbədə toplaşan möminlərə patriarxın Pasxa məktubunu təqdim ediblər.
Gürcüstanın Katolikos-patriarxı İkinci İlia məbədə toplaşan möminləri və ümumi Gürcüstanı Pasxa bayramı münasibətilə təbrik edib.
Yerusəlimdən çarter reysi ilə gətirilən Bərəkətli alovu (Müqəddəs alov) Üçlük məbədinə aparıblar.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze, parlamentin sədri Şalva Papuaşvili, Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili, Tbilisi meri Kaxa Kaladze, eləcə də qanunverici və icraedici hakimiyyətin nümayəndələri Üçlük kafedral məbədində Pasxa liturgiyasında iştirak edirlər.
Ölkə miqyasında bütün ortodoks kilsələrində Pasxa ilə əlaqəli dini mərasimlər keçirilir.