Üçlük kafedral məbədinə doğru matəm yürüşü başlayıb [şəkil]
Üçlük kafedral məbədinə doğru matəm yürüşü başlayıb [şəkil]

 

Üçlük kafedral məbədinə doğru matəm yürüşü başlayıb.

Ümumi Gürcüstanın Katolikos-Patriarxı İkinci İlianın nəşini matəm yürüşü ilə patriarxlıqdan Üçlük kafedral məbədinə aparırlar.

Üçlük kafedral məbədində bu gündən dəfn mərasiminə qədər mülki yas mərasimləri keçiriləcək.

Ümumi Gürcüstanın Katolikos-Patriarxı İkinci İlia martın 17-də 93 yaşında dünyasını dəyişib.

İkinci İlianın vəfatına görə Gürcüstanda matəm elan edilib. Gürcüstanın Katolikos-Patriarxını martın 22-də Sioni məbədində dəfn edəcəklər.