Üçlük Kafedral Məbədində Qırmızı Cümə [şəkil]
Üçlük Kafedral Məbədində Qırmızı Cümə [şəkil]

 

Bu gün Qırmızı Cümədir – Ehtiras həftəsinin ən ağır günüdür. Ortodoks kilsəsi İsa Məsihin çarmıxa çəkilməsini, çarmıxdan endirilməsini və dəfn olunmasını anır. Bu gün məbədlərdə Çarmıxdan Endirmə ayini icra olunur.

Üçlük Kafedral Məbədində ibadəti patriarxın varisi Möhtərəm Şio icra edir.

Qırmızı Cümə günü kilsələrdə liturgiya keçirilmir, çünki İncilə əsasən, insanların günahlardan azad olunması üçün Rəbb özünü qurban verdi. İbadət zamanı “Padşahlıq Saatları” yerinə yetirilir, bu zaman Rəbbin əzabları haqqında İncil oxunur.

Möminlər bu gün yumurtaları qırmızı rəngə boyayırlar. Həmçinin, Pasxa bişirirlər, çünki İncilə əsasən, İsa Məsihin çarmıxa çəkilməsi yəhudilərin Pasek bayramında baş verib.