Üçlük kafedral məbədində İkinci İlianın ruhunu yad etmək üçün mərasim keçirilir
Üçlük kafedral məbədində Gürcüstanın Katolikos-Patriarxı İkinci İlianın ruhunu yad etmək üçün mərasim keçirilir.
Mərasimdə qanunverici və icraçı hakimiyyətin nümayəndələri, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili, Tbilisinin meri Kaxa Kaladze, Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili, eləcə də “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili ailə üzvləri ilə birlikdə iştirak edirlər.
İkinci İlianın nəşi Patriarxal İqamətgahdan Üçlük məbədinə matəm yürüşü ilə bir az bundan əvvəl aparılıb.
Ümumi Gürcüstanın Katolikos-Patriarxı İkinci İlia martın 17-də 93 yaşında dünyasını dəyişib. Patriarxın vəfatına görə Gürcüstanda matəm günü elan edilib.
İkinci İlianı martın 22-də Sioni məbədində dəfn edəcəklər.
