Uçduğu zaman texniki problemi yaranan Tbilisi-Vyana reysi Tbilisi Aeroportuna təhlükəsiz şəkildə endi
Tbilisidən Vyana istiqamətinə reysi yerinə yetirən “Airzenaya” məxsus təyyarə Tbilisi Beynəlxalq Aeroportuna təhlükəsiz şəkildə endi.
Təyyarədə uçduqdan tezliklə problemləri yarandı və bir neçə saat Tbilisi ətrafında uçurdu. Məlum oldu ki, uçduğu zaman təyyarənin şassisi bağlanmadı və pilot yanacağın azaldılması qərarlna gəldi ki, təyyarə təhlükəsiz ensin.
Təyyarədə 180 sərnişinin olduğu məlumdur. Tbilisi Beynəlxalq Aeroportuna təcili tibbi yardım və yanöınsöndürən-xilasedici qrup səfərbər olunmuşdu. Bu dəqiqələrdə sərnişinlər aeroport ərazisindədilər. Texniki qrup təyyarəni yoxlayır.
Baş verənlər barəsində rəsmi şərh verilməyib.