Üç müxalifət birliyinin nümayəndələri fəaliyyət planını bazar ertəsi Rustaveli prospektində təqdim edəcəklərini bildirirlər
Üç müxalifət birliyinin nümayəndələrinin görüşü başa çatdı.
Görüşdən sonra “Güclü Gürcüstan” koalisiyasının üzvlərindən biri Ana Dolidzenin jurnalistlərə dediyi kimi, bazar ertəsi Rustaveliyə toplaşacaqlar və fəaliyyət planını ictimaiyyətə ətraflı şəkildə orada təqdim edəcəklər.
“Bu seçkilərin qeyri-legitim kimi tanınması üçün mübarizə aparmaq bizim əsas vəzifəmizdir. Bir neçə gündür etdiyimiz kimi və bu, tanınmama ilə bağlı nəticə ortaya qoydu, tərəfdaşlarımızla işləməyə davam edəcəyik. Bazar ertəsi, axşam saat yeddidə Rustaveliyə toplaşacağıq və sizə ətraflı şəkildə fəaliyyət planı haqqında orada məlumat verəcəyik, ölkədə və ya xaricdə, qanuna əsasən, qanuni, dinc, lakin mütəşəkkil və effektiv şəkildə etirazımız davam edəcək”- Ana Dolidze bildirib.
Üç müxalifət birliyinin görüşündə iştirak edirdilər: “Dəyişiklik Naminə Koalisiyası”, “Güclü Gürcüstan” və “Birlik-Milli Hərəkat”ın nümayəndələri. Bununla yanaşı, görüşdə “Qaxaria Gürcüstan Naminə” partiyasının nümayəndələri iştirak etmirdilər.