Uqandada radikal islamçı qüvvələrin məktəblərdən birinə hücumu nəticəsində ölənlərin sayı 37-yə qədər artdı

10:54, 18.06.2023

Uqandada radikal islamçı qüvvələrin məktəblərdən birinə hücumu nəticəsində ölənlərin sayı 37-yə qədər artdı. Bu barədə “Reuters” yazır.

Hadisə ölkənin şərqində yerləşən orta məktəbdə baş verdi.

Polisin bəyanatına görə, hücumu “İslam Dövləti” ilə bağlı olan “Müttəfiq Demokratik Qüvvələr” həyata keçirdi və hücumdan sonra onlar Konqo Milli Parkına qaçdılar.

Polisin məlumatına görə, daha səkkiz nəfər ağır xəsarətlərlə xəstəxanadadır. Bununla yanaşı, hücumçular altı nəfəri qaşırdılar.

Xatırladırıq ki, aprel ayında “Müttəfiq Demokratik Qüvvələr” Konqo Demokratik Respublikasının kəndlərindən birinə hücum etdi və nəticədə azından 20 nəfər həlak oldu.

Oxşar