Uqandada baş verən yol-nəqliyyat hadisəsi nəticəsində məktəbin 20 şagirdi həlak olub

12:22, 17.07.2026

Uqandanın Çekvatit regionunun Kavovo kəndində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 21 nəfər ölüb. Həlak olanlardan 20-si məktəb şagirdidir.

İlkin istintaqın versiyasına görə, şagirdlər ekskursiyadan qayıdarkən avtobus sürücüsü idarəetməni itirib.

BBC-nin məlumatına əsasən, ilkin ehtimala görə, avtobus texniki cəhətdən nasaz olub.

Oxşar