UEFA-nın qərarı ilə, Equal Game mükafatının ilk sahibi Gürcüstanın Milli komandasının vitse-kapitanı Quram Kaşia oldu.
Qeyd olunan mükafat Avropa futbolunda inkluzivlik, rəngarənglik və tolerantlığın populyarizasiyası baxımından özünü nümunəvi göstərən, futbolçuya verilir.
Keçən mövsumda Holandiyanın “Vites” klubunda oynarkən Kaşia bərabərlik ideyasını dəstəklədi və aqressiyayı qınadı. Kaşia komandasının digər üzvləri ilə bərabər göy qurşağı rənglərində qolbağı taxdı və LGBT insanlarını dəstəklədi.
Buna görə, bəzi həmyerliləri onun komandadan getməsini tələb edidilər. Əksəriyyəti isə, onu dəstəkləyirdi.
Gürcüstanın Futbol Federasiyasının prezidenti Levan Kobiaşvili və digər futbolçular Kaşiayı açıq şəkildə dəstəklədilər.