Təhsilin İdarəedilməsi İnformasiya Sistemi peşə təhsili proqramlarına qəbulun son mərhələsinə başlayır

14:17, 25.06.2026

 

Peşə təhsili proqramları üzrə qeydiyyatdan keçmiş ərizəçilər iyunun 26-dan iyunun 29-u da daxil olmaqla Təhsilin İdarəedilməsi İnformasiya Sisteminin platformasında – vet.ge – son seçimlərini təsdiqləməlidirlər.

Təhsilin İdarəedilməsi İnformasiya Sisteminin məlumatına əsasən, qeydiyyat zamanı bir neçə peşə təhsili proqramı seçən və birdən çox proqrama qəbul hüququ qazanan ərizəçilər, yekun seçimi yalnız təhsillərini davam etdirməyi planlaşdırdıqları həmin bir proqram üzrə etməlidirlər.

“Qəbul hüququ olan ərizəçilər platformada həmçinin öz reytinq balları və reytinq siyahısında tutduqları yer barədə məlumat ala biləcəklər.

Təhsilin İdarəedilməsi İnformasiya Sistemi peşə təhsili proqramları üzrə qeydiyyatdan keçmiş bütün ərizəçiləri – vet.ge platformasında öz reytinq balları və reytinq siyahısındakı yerləri ilə vaxtında tanış olmağa və müəyyən edilmiş müddət ərzində son seçimlərini təsdiqləməyə çağırır.

Sözügedən tələb yerinə yetirilmədiyi təqdirdə, ərizəçi müvafiq proqrama qəbul hüququnu itirəcək.

Qeydiyyat prosesi ilə bağlı məsələlər barədə məlumat almaq üçün Təhsilin İdarəedilməsi İnformasiya Sistemi ilə əlaqə saxlayın: (+995 32) 2200 220; [email protected]” – Təhsilin İdarəedilməsi İnformasiya Sisteminin məlumatında deyilir.

Oxşar