Tvalcrelidze küçəsi N1 ünvanında yaşayan sakinlər binaların qəzalı vəziyyətdə olmadığını bildirir və köçməkdən imtina edirlər
Tvalcrelidze küçəsi N1 ünvanında yaşayan sakinlər binaların qəzalı vəziyyətdə olmadığını bildirir və köçməkdən imtina edirlər

 

Tvalcrelidze küçəsi N1 ünvanında yaşayan sakinlər binaların qəzalı vəziyyətdə olmadığını bildirir və köçməkdən imtina edirlər.

Onların sözlərinə əsasən, əhali ilə görüşə heç kim gəlməyib, heç bir qurum onlarla intensiv danışıqlar aparmayıb.

“Guya, bizim ambisiyamız var ki, 100 kvadratmetrdən 300 kvadratmetrə qədər yer tələb edirik, bu da yalandır. Heç bir dövlət xidməti bizimlə görüşə gəlməyib, heç bizi çağırmayıblar da. Bütün bunlar yalan məlumatdır. Bu, qəzalı deyil. Bütün bunları öz əlimizlə etmişik. Blok üstünə blok qoyurduq, təmizləyirdik. İsani rayonunda, kirayə yaşadığım binaya mənimlə gəlin, insanların necə çatlamış binada yaşadıqlarını göstərəcəyəm” – Darecan Calağonia bildirib.

Bununla yanaşı, köçürülmə prosesi başlasa, ünvanda yaşayan bir neçə nəfər damdan atlamaqla hədələyir.

Milli İcra Bürosu Tvalcrelidze küçəsi N1 ünvanında davam edən icra prosesi haqqında məlumat yayıb. Məlumatda qeyd edildiyi kimi, bina-tikililər tamamilə köhnəlib və orada yaşayan insanların sağlamlığı və həyatı üçün təhlükəlidir. İcra Bürosunun məlumatına əsasən, bunu Samxarauli Ekspertiza Bürosunun rəyi də təsdiqləyir, rəydə açıq şəkildə qeyd olunub ki, binaların daşıyıcı divarları zədələnib və onların istənilən an uçma təhlükəsi var.

Bununla yanaşı, İcra Bürosu “qanunsuz şəkildə binalara daxil olmuş şəxslərə çağırış edir, məhkəmənin qərarını yerinə yetirsinlər, təklifləri qəbul etsinlər, əks halda, Büro qərarı icra etməyə borcludur”.